EN

USAID-in çirkin oyunları ifşa edilir – VİDEO

ABŞ-nin USAID təşkilatı 707 media, 6200 jurnalist və jurnalistika sahəsində çalışan 279 QHT-ni maliyyələşdirib.

Buradan aydın olur ki, Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin müharibə vaxtı, Şuşa-Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada aparılan çirkin kampaniyanın arxasında kim durur.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, politoloq Zaur İbrahimli deyir ki, ABŞ administrasiyası indi də faktiki olaraq hər gün USAID-lə bağlı ifşaedici materiallar dərc edir. Bu məlumatlar heyrət doğurur.

Bu cinayətkar təşkilat müxtəlif terror təşkilatlarına dəstək verməkdə və Əfqanıstanda narkotik istehsalında da ittiham olunur. Bu qurumun fəaliyyətinin dayandırılması iğtişaşlar yaratmaq, sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması deməkdir.

Artıq əldə olunmuş məlumatların təhlili göstərir ki, Azərbaycana qarşı qarayaxma kampaniyalarının həyata keçirilməsində, informasiya savaşının açılmasında, daxili məsələlərlə bağlı nifaq salınmasında da USAİD tərəfindən ayrılan maliyyənin rolu olub.

“Hesab edirəm ki, Ağ Ev adminstrasiyası araşdırmalarını davam edəcək”- deyə politoloq vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
17
1
nocomment.az

2Sources