EN

"Real" daha müdafiəçisini itirdi

Çempionlar Liqasının "Mançester Siti" ilə vacib oyunundan bir neçə gün əvvəl "Real Madrid"in futbolçusu Lukas Vazkes xəstəxanaya düşüb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Madrid klubu 33 yaşlı futbolçunun diaqnozunu açıqlasa da, onun sağalma müddəti barədə heç bir məlumat verməyib.

İspaniya mətbuatına görə, Vaskes təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu o deməkdir ki, müdafiəçi yazda meydanlara qayıdacaq. 

"Real Madrid"in zədəlilər siyahısına indi 5 müdafiəçi daxildir. Fevralın 11-də "Mançester Siti" və "Real Madrid" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununu keçirəcək.

Chosen
49
90deqiqe.az

1Sources