EN

Goranboyda ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Goranboyda ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" və Pikap tipli avtomobilin toqquşması nəticəsində birincinin sürücüsü 2003-cü il təvəllüdlü Bayramov Məhəmməd Talıb oğlu dünyasını dəyişib.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb: 1971-ci il təvəllüdlü Zəminə Qasımova, 1980-ci il təvəllüdlü Samir Hacıbabayev, 1995-ci il təvəllüdlü Vahid Hüseynzadə, 2001-ci il təvəllüdlü Mehman Allahverdiyev, 2001-ci il təvəllüdlü Uğur Babayev, 2001-ci il təvəllüdlü Məftun Allahyarov.

Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

19:52

Goranboyda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zeyvə kənd yolunda qeydə alınıb.

"VAZ-2107" və Pikap tipli avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.

Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
61
3
far.az

6Sources