EN

“Adana Demirspor” “Qalatasaray” qarşısında geri çəkildi - Video

Türkiyə Super Liqasının 23-cü turunda oynanılan “Qalatasaray” - “Adana Demirspor” matçında gərgin anlar yaşanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adana təmsilçisinin futbolçuları “Qalatasaray”ın 1:0 üstünlüyü ilə davam edən matçın 30-cu dəqiqəsində meydanı tərk etmək qərarına gəlib.

“Adana Demirspor”un baş məşqçisi Mustafa Alper Avcının göstərişi ilə meydandan çəkilən oyunçuların bəzi birbaşa, bəziləri isə bir müddət meydanda gözlədikdən sonra paltardəyişmə otağına yollanıb.

Qeyd edək ki, İstanbul təmsilçisinin qolunu 12-ci dəqiqədə penaltidən kluba yeni transfer olan Alvora Morata vurub.

Chosen
19
3
qafqazinfo.az

10Sources