EN

Karateçilərimiz 3 medal qazandı

Azərbaycan karateçiləri Polşanın Bielsko-Biala şəhərində yeniyetmə, gənclər və U-21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatında (WKF / idman karatesi) 3 medal qazanıb.

Viral.az-ın Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən məlumatına görə, idmançılar nüfuzlu yarışda bir gümüş, iki bürünc medala sahib olub.

Milli üzvlərindən Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) bürünc medallara yiyələnib.

Son Yazılar:

Qeyd edək ki, Azərbaycan təmsilçilərinə Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fəqan Səfərov, AKF-nin vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadov rəhbərlik edib.

Chosen
49
7
viral.az

10Sources