Türkiyə Super Liqasının 23-cü turunda keçirilən "Qalatasaray" - "Adana Dəmirspor" matçı yarımçıq qalıb.
Fanat.Az xəbər verir ki, matçın 33-cü dəqiqəsində adanalılar meydanı tərk etmək qərarına gəlib.
"Adana Demirspor"un baş məşqçisi Mustafa Alper Avcı futbolçuların matça davam etməsini istəməyib və soyunub-geyinmə otağına yollanıb. Bundan sonra matçın hakimləri meydanı tərk ediblər.
Matç yarımçıq dayandırılıb. Qarşılaşma ilə bağlı qərarı Türkiyə Futbol Federasiyası verəcək.
Oyun dayandırılarkən "Qalatasaray" 1:0 öndə olub. Yeganə qolu 12-ci dəqiqədə penalti zərbəsi ilə Alvaro Morata vurub.
Galatasaray x Adana Demirspor mücadelesinde Adana Demirspor, karşılaşmanın 30. dakikasında sahadan çekildi.#GSvADS #beINSPORTS pic.twitter.com/cjmsCkt9YD
— beIN SPORTS Türkiye (@beINSPORTS_TR) February 9, 2025