EN

Azərbaycan şahmat çempionatında yarımfinalçılar müəyyənləşdi

Bakı. Trend:

Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalmərhələsinin tay-brek qarşılaşmaları keçirilib.

Trend xəbər verirki, kişilərin yarışında sürətli şahmatda qalib gələn Teymur Rəcəbovvə Rauf Məmmədov yarımfinala vəsiqə qazanıblar. Rəcəbov VüqarƏsədlini, Məmmədov isə Əhməd Əhmədzadəni məğlub edib. YarımfinaldaRəcəbov Məmmədovla, Şəhriyar Məmmədyarov isə Misrətdin İsgəndərovlaqarşılaşacaq.

Qadınların mübarizəsində 1/4 finalın tay-brek oyunlarında GövhərBeydullayeva Türkan Məmmədyarovanı məğlub edərək yarımfinalayüksəlib. Günay Məmmədzadə Səbinə İbrahimova üzərində qələbəqazanıb, Gülnar Məmmədova isə Xanım Balacayevanı mübarizədənkənarlaşdırıb.

Yarımfinalda Ülviyyə Fətəliyeva Beydullayeva ilə, Məmmədzadə isəMəmmədova ilə qarşılaşacaq.

Chosen
33
2
az.trend.az

2Sources