EN

Türkiyədə qalmaqal: “Qalatasaray”ın rəqibi meydanı tərk etdi

Türkiyənin “Adana Dəmirspor” klubunun futbolçuları Superliqanın 23-cü turunun “Qalatasaray”la matçının ilk yarısının 30-cu dəqiqəsində meydanı tərk ediblər.

Publika.az xəbər verir ki, buna səbəb onların qapısına təyin olunmuş 11 metrlik penalti olub. Qonaq komandanın futbolçularının matçı davam etdirməkdən imtina etdiyi bildirilir.

Qarşılaşmanın dayandırıldığı vaxt “Qalatasaray” 1:0 hesabı ilə öndə idi. İstanbul klubunun qolunu 12-ci dəqiqədə ispaniyalı hücumçu Alvaro Morata vurub.

Chosen
137
22
publika.az

10Sources