“Taliban” BMT-nin Əfqanıstandakı əməkdaşlarından saqqal saxlamağı tələb edib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “Amu TV” məlumat yayıb.
Əfqanıstan Əxlaq və Fəzilət Nazirliyi BMT-nin Əfqanıstandakı əməkdaşlarına xəbərdarlıq ediblər ki, saqqalını qırxan şəxslər həbs ediləcək.
Qeyd edək ki,bu “Taliban”ın ölkələrindəki BMT nümayəndələrinə qarşı gördüyü ilk tədbirlər deyil, 2023-cü ilin aprelində qadınların təşkilatda işləməsini qadağan ediblər.