Stiven Cerrard tezliklə işsizliyə son qoya bilər.
Maraqlıdı ki, onun adı İngiltərə çempionatının 4-cü divizionunda çıxış edən “Karlayl Yunayted”lə birgə hallanır. Klub rəhbərliyi ingilis mütəxəssisi baş məşqçi vəzifəsinə təyin etməyi planlaşdırır.
Cerrard yanvarda “Əl-İttifaq”ı tərk edib. Səudiyyə Ərəbistanı klubu onunla yolları qeyri-qənaətbəxş nəticələrə görə ayırıb. 44 yaşlı mütəxəssis əvvəllər “Reyncers”i və “Aston Villa”nı çalışdırıb.