EN

Almaniyada aviabaza üzərində naməlum PUA-lar müşahidə edilib

Huzum şəhəri yaxınlığındakı aviabaza üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə edilib.

Almaniyanın şimalında, Huzum şəhəri yaxınlığındakı aviabaza üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə edilib.

Operativ Media xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti, Almaniya Müdafiə Nazirliyinin məxfi hesabatına istinadən məlumat yayıb.

Yanvarın 9-dan 29-dək, aviabaza üzərində altı insident qeydə alınıb. Bu insidentlərə naməlum peşəkar PUA-ların iştirakı ilə baş verib. Şvezinqdəki Almaniyanın Hava Hücumundan Müdafiə (HHQ) bazasında hava hücumundan müdafiə bölmələrinin hazırlığı üzrə tədris mərkəzi yerləşir və burada ukraynalı hərbçilər də təlim keçir.

Hərçənd, bu pilotsuz uçuş aparatlarının operatorları aşkarlanmayıb. Alınan məlumatlar, PUA-ların şübhəli fəaliyyətləri ilə bağlı narahatlığa səbəb olub.

Chosen
103
14
operativmedia.az

10Sources