Demokrat.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın “ITV News” telekanalına müsahibəsində söyləyib.
Zelenski hesab edir ki, indi bunun üçün bütün imkanlar var. Üstəlik, Ukrayna liderinin fikrincə, ABŞ Prezidenti Donald Tramp da müharibənin tez bitməsini istəyir.
“İnanıram ki, bu gün bunun üçün bütün imkanlar var. Məncə, Tramp müharibənin tez bitməsini istəyir. Tez olub-olmamasından asılı olmayaraq, bunun necə nəticələnəcəyini bilmirik, amma bilirik ki, güclü olmalıyıq. O, güclüdür, lakin avropalılarla ittifaqda da qətiyyətlə hərəkət etməliyik”, - deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti deyib ki, Rusiyaya təzyiqi artırmaq üçün sanksiyalar total olmalıdır. Zelenski, həmçinin xalqı arxayın etmək üçün Ukraynanın təhlükəsizlik təminatının vacibliyini qeyd edib və tərəfdaş ölkələri Ukrayna iqtisadiyyatının bərpasına, insanların geri qayıtmasına kömək etməyə çağırıb.
“Bizə ölkəni tərk edən 8 milyon insanımız lazımdır”, - deyə Ukrayna Prezidenti bildirib.
10Sources
-
demokrat.az“Müharibə bu il başa çata bilər” — Zelenski ( 15358985)
-
metbuat.azZelenski AÇIQLADI - ( 15358881)
-
operativmedia.azZelenski: Bizə ölkəni tərk edən 8 milyon insanımız lazımdır ( 15358441)
-
qafqazinfo.az“Müharibə bu il başa çata bilər” - Zelenski ( 15358409)
-
bakivaxti.az“Bizə ölkəni tərk edən 8 milyon insanımız lazımdır” - Zelenski ( 15357931)
-
modern.azUkraynada müharibə bu il başa çata bilər ( 15357663)
-
yeniazerbaycan.comZelenski: Müharibənin bu il başa çatması mümkündür ( 15357523)
-
azreform.infoZelenski: Müharibənin bu il başa çatması mümkündür ( 15357435)
-
bizim.mediaMüharibə nə vaxt başa çatacaq? - Zelenskidən AÇIQLAMA ( 15357415)
-
sia.az"Müharibənin bu il başa çatması mümkündür..." ( 15357351)