EN

"Taliban"dan BMT işçilərinə qadağa - Saqqalını qırxan həbs ediləcək

"Taliban" BMT-nin Əfqanıstandakı əməkdaşlarından saqqal saxlamağı tələb edib.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Amu TV" məlumat yayıb.

Məlumata görə, Əxlaq və Fəzilət Nazirliyinin nümayəndələri BMT-nin Əfqanıstandakı əməkdaşlarına xəbərdarlıq ediblər ki, saqqalını qırxan şəxslər həbs ediləcək.

Qeyd edək ki, bu "Taliban"ın ölkədəki BMT nümayəndələrinə qarşı ilk qadağası deyil. Belə ki, təşkilat 2023-cü ilin aprelində qadınların BMT nümayəndəliyində işləməsini qadağan edib.

Chosen
66
12
hakimiyyet.az

10Sources