Cənubi Koreya sahilində 14 nəfər heyət üzvü olan balıqçı trauleri batıb, hadisə nəticəsində dörd nəfər ölüb, beş nəfər itkin düşüb.
“Far.Az” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatlarına 24 patrul gəmisi, dörd hərbi-dəniz qüvvələri gəmisi, 13 təyyarə və digər xilasetmə gəmiləri cəlb edilib.
Qəzadan bir neçə saat sonra sahil mühafizəsi gəmini 80 metr dərinlikdə aşkar edib, o, Yosu yaxınlığındakı Habaek adasından təxminən 17 kilometr şərqdə batıb. Ölənlər arasında 66 yaşlı kapitan da var, dörd dənizçi xilas olub, gəminin içərisində daha bir nəfər huşsuz vəziyyətdə tapılıb.
İqtidar orqanlarının məlumatına görə, gəmidə səkkiz Cənubi Koreya, üç Vyetnam və üç İndoneziya vətəndaşı olub. İlkin olaraq səkkiz nəfər xilas edilib: beş nəfər xilasetmə salında tapılıb, üç nəfər suda üzüb. Lakin sonradan kapitan da daxil olmaqla dörd nəfər keçinib.
Əməliyyat dənizdə pis hava şəraiti ilə çətinləşir, hündür dalğalar sahil mühafizəsi katerini aşırıb, lakin göyərtədə olan altı nəfərin hamısı qurumun digər gəmisi tərəfindən xilas edilib.