Bakı. Trend:
Vanuatu Respublikasının əsas adası olan Efatenin qərbsahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verirki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri, təxminən 50 min insanın yaşadığı Port Vilaşəhərindən 40 km qərbdə yerləşib. Təbii fəlakətin mərkəzi 33 kmdərinlikdə olub.
Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir. Həmçinin,sunami təhlükəsi elan edilməyib.