EN

Rəcəb Tayyib Ərdoğan Asiya ölkələrinə rəsmi səfərə yola düşüb

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, rəsmi səfər məqsədiləMalayziyaya yola düşüb.

Trend xəbər verirki, Türkiyə prezidenti daha sonra İndoneziya və Pakistana da rəsmisəfərlər edəcək.

Səfərdən əvvəl Atatürk hava limanında mətbuata açıqlama verənƏrdoğan, Malayziya, İndoneziya və Pakistanla olan ikitərəflimünasibətləri gücləndirmək məqsədilə bir çox müqaviləimzalayacaqlarını bildirib.

Prezident Ərdoğan, Türkiyənin genişmiqyaslı strateji tərəfdaşıolan Malayziyaya səfərindən sonra, İndoneziya və Pakistandakeçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclaslarınahəmkarları ilə birlikdə sədrlik edəcəyini açıqlayıb.

Səfər çərçivəsində Türkiyə ilə bu üç ölkə arasındakı ikitərəflimünasibətlərin bütün aspektləri müzakirə ediləcək, mövcudəməkdaşlıqlar konkret layihələrlə inkişaf etdiriləcək.

Bundan əlavə, səfərlər zamanı regional və qlobal məsələlər üzrəfikir mübadiləsi aparılacaq və işgüzar dairələrlə görüşlər təşkilediləcək.

Türkiyə prezidentinin Asiya ölkələrinə səfəri fevralın 13-dəkdavam edəcək. Səfər öncəsi, Ərdoğan Atatürk hava limanındaPakistanın sabiq Prezidenti Asif Əli Zərdarı ilə görüşüb.

Chosen
41
6
az.trend.az

10Sources