EN

Hollivud ulduzu məşhur aktyorla eyni filmə çəkilə bilməyəcək - Foto

Hollivud
Ben Afflek və Cillian Anderson

Hollivud ulduzu Ben Afflek Cillian Andersonla birlikdə trillerə çəkiləcək. Bu, kinoaktyor Ben Afflekin "Netflix" yayım xidmətində yayımlanacaq "Heyvanlar" filmi olacaq.

Reyting.az
"Deadline" nəşrinə istinadla xəbər verir ki, Afflek də filmdə rol alacaq. Bu dəfə məşhur aktyorun ekrandakı tərəfdaşı "Məxfi materiallar" teleserialının ulduzuna çevrilmiş amerikalı aktrisa Cillian Andersondur.

"Heyvanlar"-ın süjeti hələ gizli saxlanılsa da, filmin süjetinin adam oğurluğu üzərində qurulacağı bildirilir.

"Heyvanlar" filminin ssenarisini Konnor Makintayr və Billi Rey yazacaq, çəkilişlər isə Los-Ancelesdə aparılacaq.


Mett Deymon

Yeni layihənin prodüser siyahısında "Uill Hantinqin ağıllıları" adlı filmdən bəri Ben Afflekin əsas yaradıcı tərəfdaşı olan Hollivudun digər ulduzu, kinoaktyor və prodüser Mett Deymonun da adı var.

Deymon əvvəlcə Afflekin çəkiləcəyi yeni filmdəki baş rolu canlandırmalı olsa da, rejissor Kristofer Nolanın blokbasterində iştirak etdiyi üçün çox çıxılmaz vəziyyətə düşüb. Daha sonra isə Met Deymon özünün də dediyi kimi, Ben Afflek kimi ulduz aktyorla eyni filmdə çəkilməkdən mərhum olub.

Nəşrin yazdığına görə, M. Deymon ekranlara çıxacaq "Heyvanlar" filminin prodüseri kimi qalsa da, o, K. Nolanın lentə aldığı ekran əsərində çəkilmək üçün heyətdən ayrılıb.

Oqtay QORÇU
Chosen
15
reyting.az

1Sources