EN

"Tarixdə bu gün" - Azərbaycanda ölüm hökmü ləğv oldu 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

10 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

10 fevral 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunub:

 

Milli Məclis Ümummilli lider Heydər Əliyevin ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləyib və bununla bağlı tarixi qərar qəbul edib. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşüb. Ulu Öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirib.

 

10 fevral 1828-ci ildə Azərbaycan ikiyə parçalandı:

 

Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Türkmənçay kəndində Qacarlar və Romanovlar (İranla Rusiya) arasında müqavilə bağlanıldı. 1826-1828-ci illər Rusiya-İran müharibəsinə son qoyan bu müqaviləyə görə, Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil olub. 1826-1828-ci illər müharibəsi gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza 18 min erməni ailəsi köçürülüb. Daha sonrakı iki ildə Yelizavetpol və İrəvan quberniyaları ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 000 erməni köçürülüb.   

 

10 fevral 1869-cu ildə Naxçıvanda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən, yazıçı-dramaturq və jurnalist Cəlil Məmmədquluzadə anadan olub:

 

Qori seminariyasını bitirdikdən sonra bir müddət İrəvan quberniyasında müəllimlik edib. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında çalışıb. Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” kimi hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realist ədəbiyyatının parlaq nümunələridir. Yazıçı öz yaradıcılığında intibah və maarifçilik məsələrinə də geniş yer verib. Cəlil Məmmədquluzadə baş redaktoru olduğu məhşur “Molla Nəsrəddin” jurnalı ilə Yaxın və Orta Şərqdə, xüsusilə, İran və Türkiyədə ədəbi-ictimai fikrin inkişafına mühüm təsir göstərə bilib. 

 

10 fevral Ümumdünya Paxlalı Bitkilər Günüdür:

 

Paxlalı bitkilər zülalla yanaşı sellülozlada zəngindir. Sellülozda insan orqanizmində bağırsaq peristaltikasının normal fəaliyyət göstərməsini təmin edir. Paxlalı bitkilər həmçinin xərçəng xəstəliyinə tutulmamaq riskini aşağı salır.

 

Bu bitkilərin ən böyük üstünlüyü tərkibində insan orqanizminə vacib lazım olan zülallardır. Çünki zülallar insan orqanizmində çox funksiya yerinə yetirən üzvi birləşmələrdir. 

Chosen
6
azedu.az

1Sources