Misli Premyer Liqasında XXII tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən turun daha iki oyunu bu gün keçiriləcək.
Əvvəlcə "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olacaq. Azər Bağırov sabiq komandasını büdrətmək üçün yenidən cəhd göstərəcək. Hərçənd, əvvəlki iki cəhddə bu, mümkün olmayıb. Ümumiyyətlə, "Kəpəz" son 4 duelin hamısında "Araz-Naxçıvan"a uduzub.
Günə "Zirə" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ilk "üçlük"də yerini möhkəmləndirmək üçün uduzmamağa köklənib. Bütün diqqətini kuboka yönəldən "Neftçi" isə qələbə qazanmaqla, çempionatın turnir cədvəlində 1 pillə irəliləyə - 6-cı yerə yüksələ bilər.
Qeyd edək ki, tura 11 fevralda yuken vurulacaq.
Misli Premyer Liqası
XXII tur
10 fevral
16:00. "Araz-Naxçıvan" – "Kəpəz"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev
VAR: Rauf Cabarov, Elşad Abdullayev
Hakim-inspektor: Zöhrab Qədiyev
"Liv Bona Dea Arena"
19:00. "Zirə" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Allahverdiyev, Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
Zirə İdman Kompleksi