Müğənni Günay İbrahimlinin bu gün doğum günüdür.
OLAY yazır ki, 34 yaşına qədəm qoyan sənətçi bununla bağlı instaqram səhifəsində video paylaşıb.
Görüntüdə uzun bej libas və “crop” kürk geyinən İbrahimli əlində kiçik tort dilimini tutması və üzərində yanan şamı üfürməsi əks olunub.
Həmin kadları Günay “Bir zamanlar mənə uzaq görünən yaşlardayam artıq. 18 yaşım olarkən deyirdim ki, bunun hələ 20-si var, 30-u var, 40-ı var. Bu gün 34 yaşım tamam oldu. Bunun hələ 50-si var 60-ı var…” şərhi ilə izləyiciləri ilə bölüşüb.