EN

“Qarabağ” dünya reytinqində geriləyib

Klubların dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlində planetin 504 ən yaxşı komandası yer alıb.

Siyahıda Azərbaycanı 4 klub təmsil edib. “Qarabağ” 166,25 xalla dünyada 87-cidir. Ağdam klubu ötən ayla müqayisədə 6 pillə geriləyib.

103,25 xalla 208-ci olan “Zirə” mövqeyini qoruyub. 14 pillə geriləyən “Sabah” 61 xalla 414-cüdür. “Turan Tovuz” 53,75 xalla 5 pillə geriləyərək 499-cu olub.

Qeyd edək ki, cədvələ 481 xalla “Real” başçılıq edir.

İdman.biz

Chosen
16
idman.biz

1Sources