İtaliyalı yarımmüdafiəçi Marko Verratti bu yay Avropaya qayıtmağı nəzərdən keçirir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, \"Bornmut\", \"Fulhem\" və \"Vest Hem\" 32 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Hazırda \"Əl-Ərabi\" klubunda çıxış edən Verratti, 2023-cü ildə PSJ-dən ayrılaraq Qətər təmsilçisi ilə ikiillik müqavilə imzalamışdı. İtaliya millisinin sabiq üzvünün yenidən Avropaya qayıtmaq ehtimalını dəyərləndirdiyi və bir neçə Premyer Liqa klubunun onunla maraqlandığı bildirilir.
Zəfər Hacılı