Demokrat.az "Referans" a istinadən xəbər verir ki, Viladi Maniyev şirkət sahibinin qərarı ilə vəzifədən kənarlaşdırılıb.
Qeyd edək ki, Viladi Maniyev bu vəzifəyə 2020-ci ilin martında təyin edilib. O eyni zamanda AFB Bankın sahiblərinə məxsus olan Azsığorta şirkətinin direktorlar şurasının sədridir. Mənbənin verdiyi məlumata görə Maniyevin bu vəzifədən də çıxarılacağı gözlənilir. Buna səbəb isə Azsığortaya təyin olunduğu 2016-cı ildən sonra şirkətin xeyli geriləməsidir. Belə ki, 2016-cı ildə 23 mln. manat sığorta yığımı ilə qeyri-həyat sığorta şirkətləri arasında ilk 4-lükdə qərarlaşan Azsığorta 2024-cü ildə 9 mln. manat yığımla son 3-lükdə qərarlaşıb.
Əsas məqamlardan biri isə Azsığorta şirkətinin kiçilməsi ilə əlaqədardır. Sözügedən şirkətin nizamnamə kapitalı 2022-ci ildə 6.293.000 manat azalaraq 20.300.000 manatdan 14.007.000 manata enib.
Xatırladırıq ki, Viladi Maniyev 2019-cu ildə mətbuatda 16285 manat aylıq maaş alması ilə gündəmə gəlmişdi.
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/10/1/e9e85c9b-1d9d-48aa-a116-911c65859a60/00082bdf-12c3-44dc-acd5-09efa3292c29.jpg)
7Sources
-
bakuinfo.netAzərbaycanda vəzifəli şəxs işdən AZAD EDİLDİ — FOTO ( 15368445)
-
mynews.azAzərbaycanda vəzifəli şəxs işdən AZAD EDİLDİ - FOTO ( 15362039)
-
demokrat.azAzərbaycanda vəzifəli şəxs işdən AZAD EDİLDİ — FOTO ( 15361809)
-
hurriyyet.azAzərbaycanda vəzifəli şəxs işdən azad edildiİ - FOTO ( 15361293)
-
yenisabah.azAzərbaycanda vəzifəli şəxs işdən azad edildiİ - FOTO ( 15361113)
-
azia.azBU bankın vəzifəli şəxsi işdən azad edildi ( 15360837)
-
referans.azAzərbaycanda vəzifəli şəxs işdən AZAD EDİLDİ - FOTO ( 15360593)