Xaçmaz rayonunda 1982-ci il təvəllüdlü Vüsal qısqanclıq zəminində mübahisə zamanı özündən iki yaş böyük həyat yoldaşı Naziləni (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Vüsal Nazilənin əvvəllər qonşuları olmuş İlqarla sevgi münasibəti saxlaması və ona saymazyana münasibət göstərməsi səbəbindən qısqanclıq motivi ilə arvadını öldürmək qərarına gəlib.
Bu məqsədlə ötən il sentyabrın 8-də saat 17 radələrində Xaçmaz rayonunun qəsəbəsində yaşadıqları yataqxana tipli evin ikinci mərtəbəsindəki yataq otağında bıçaqla arvadının kürək nahiyəsinə bir zərbə vurub. Qadın aldığı xəsarətdən vəfat edib.
İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1982-ci ildə Quba şəhərində anadan olub, Xaçmaz rayonunda daimi qeydiyyatda olmaqla orada yaşayıb:
“Dövlət Sərhəd Xidmətinin Şəmkir rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətimi keçmişəm. Heç bir psixi xəstəlikdən əziyyət çəkməmişəm. Narkoloji və ya psixiatrik dispanserlərdə qeydiyyatda olmamışam. Xaçmaz rayonunda “Grand Garden" MMC-də fəhlə işləmişəm”.
“Arvadımı sevdiyini dedi”
Təqsirləndirilən şxəs qeyd edib ki, 2006-cı ildə Nazilə ilə ailə həyatı qurub və birgə nikahlarından Aysu adlı qız, Elcan adlı oğul övladları dünyaya gəlib: “Əvvəllər qonşumuz olmuş İlqar və onun qardaşı Nadir bizə qonaq gəlmişdilər. İlqar, Nadir, anam və arvadımla birlikdə süfrədə oturmuşduq. Uşaqlar isə həyətdəki qonaq otağındaydılar. İlqarla birlikdə onun gətirdiyi spirtli içki idik. İçkidən sonra İlqar mənə “Naziləyə güldən ağır söz desən, ona əl qaldırsan, məndən incimə, mən Naziləni sevirəm, onun arxasında mən durmuşam” deyəndə şoka düşdüm.
Əsəbləşib ayağa qalxdım. Anam da bu sözləri eşidəndə bir anlıq təəccübləndi, Nazilənin üstünə yeriyib bunun nə məsələ olduğunu soruşdu, qışqırmağa başladı. Mən də İlqara qışqırdığım üçün səs-küyə qonşular bizə toplaşdı. İlqarın sözlərindən sonra Nazilə heç bir reaksiya vermədi və susub oturdu.
Nazilənin bu hərəkətindən onun İlqarla münasibətdə olmasını təsdiq etdiyini anladım. Qonşular səs-küyə bizə gəldikdən sonra İlqarla Nadir evi tərk edərək getdilər.
Bu söz-söhbətdən bir neçə ay əvvəl işdən evə tez gəlmişdim, onda Nazilənin mətbəxdə telefonla danışığını tutdum. Gizlicə telefon danışığına qulaq asanda onun İlqarla danışmasına əmin oldum. Həmin vaxt Nazilənin üstünə çox getmədim, lazımi anı gözləyərək İlqarla münasibətini ona sübut etmək istədim”.
“Namussuz hərəkətlərə yol verdiyini dedim”
Vüsalın sözlərinə görə, növbəti günlərdə səhər saatlarında Nazilə əlindəki ləyəni ona tərəf atıb:
“Mənə dedi ki, yaxşı eliyirəm, səni saymıram, ürəyim istədiyi kimi yaşayaram. Bu sözləri deyib mənimlə mübahisə etməyə başladı. Nazilənin saçlarından tutub dartdım, anam bizi aralaşdırdı. Artıq ər-arvad münasibətimiz tamam korlandı, aramızdakı hörmət itdi.
Nazilə zəng edərək bu barədə atasına, daha sonra sahə rəisi Ədalətə məlumat verdi. Mən də qayınatam Əliyə zəng edib Nazilənin namussuz hərəkətlərə yol verdiyini dedim. Bir müddət sonra yaşadığımız evə Əli və sahə rəisi Ədalət gəldilər.
Onların yanında Nazilə İlqarla münasibətdə olduğunu bir daha etiraf etdi, atası ilə bir yerdə getməyəcəyini dedi. Əligil bizə gəldikdən sonra mübahisəmiz səngidi. Onlardan sonra Nazilə uşaqlar üçün kitab-dəftər almaq üçün mağazaya yollandı. Mən isə həyətdə oturaraq Nazilənin bu hərəkətlərinin nəticəsinin necə olacağını düşündüm.
Nazilə kitab-dəftər alaraq gəldikdən sonra qonşumuz Ləmangilə getdi. Ləmangildən qayıdıb evin ikinci mərtəbəsində anamın qaldığı otağa keçdi”.
“Namusumu təmizləməli olduğumu anladım”
Vüsal qeyd edib ki, təxminən saat 17 radələrində mətbəxdən bıçağı götürüb və şalvarının sağ arxa cibinə qoyaraq Nazilənin yanına gedib: “Məqsədim arvadımla söhbət edərək hər şeyi yoluna qoymaq, əks təqdirdə onu öldürmək idi. Mən içəri girəndə Nazilə yerdə uzanaraq yatmışdı. Onu oyatdıqda yerin içində oturdu. Mən də sol tərəfində onunla yan-yana eyni vəziyyətdə əyləşdim. “Belə eləmə, uşaqlarımız var, bu yoldan qayıt, əvvəlki kimi normal ailə kimi davam edək" dedim.
Nazilə qayıtdı ki, həyat mənimdi, özüm bilərəm, İlqarla da, başqaları ilə də danışıram, yaxşı edirəm. Artıq hər hansısa söhbətin mənasızlığını və namusumu təmizləməli olduğumu anladım. Çünki Naziləyə söz batmırdı. Normal danışdıqca o, daha da irəli gedir, arsızlaşırdı.
Nazilənin bu sözlərindən sonra fikrimi daha da qətiləşdirdim və arxa cibimdən çıxardığım bıçaqla onun kürək nahiyəsinə bir zərbə vurdum”.
“Peşman olmuşam”
Vüsal bildirib ki, Naziləni itələyərək beli üstə yerə yıxdıqdan sonra bıçaqla boğaz nahiyəsini 2-3 dəfə kəsib: “Sonra dizi üstə çökərək sağ əlimdəki bıçaqla öz boğazımı kəsdim. Özümdən getdim, gözlərimi açanda Xaçmaz Rayon Mərkəzi Xəstəxanasıda olduğumu anladım. Azyaşlı uşaqlarıça görə Naziləni öldürdüyüm üçün peşmanam”.Təqsirləndirilən şəxs bildirib ki, İlqargil onlara gələn vaxta kimi Nazilə ilə münasibətləri normal olub: “İlqarın arvadımla münasibətdə olmasını mənə açıq şəkildə, qorxmadan deməsindən sonra münasibətlərimiz pozuldu.