Azərbaycanlı müğənninin oğlu münsifləri heyran etdi - VİDEO
Müğənni İlqar Xəyalın oğlu Teymur Hənifəyev “Səs Azərbaycan” yarışmasına qatılıb. Manset.az xəbər verir ki, “La la la” mahnısını ifa edən Teymur dörd münsifi də döndürməyi bacarıb.
Xalq artisti Zülfiyyə Xanbabayevanın və tamaşaçıların istəyi ilə o, mahnını ikinci dəfə ifa edib. Bundan sonra münsiflər arasında mübarizə başlayıb. O jurilərdən xalq artisti Röya Ayxanı seçib. Sevinci yerə - göyə sığmayan Röya Ayxan Teymura birgə duet ifa etmək təklifi edib.