La Liqanın 23-cü turunda “Barselona” səfərdə “Sevilya”nın qonağı olub. Fermin Lopesin qırmızı vərəqə alması ilə matçda 10 nəfərlə qalan kataloniyalılar 4-1 hesablı qələbə qazanıb.
Yenisabah.az xəbər verir ki, qonaqlar 7-ci dəqiqədə Robert Levandovskinin qolu ilə önə keçib. Bundan 1 dəqiqə sonra isə əndəlüslülər Ruben Varqasla hesabı bərabərləşdirib. İkinci hissədə isə Fermin Lopes (46), Rafiniya (55) və Erik Qarsiyannın (89) qolları “Barselona”ya qələbəni gətirib.
Madrid derbisində “Real” və “Atletiko”nun heç-heçə etməsindən maksimum yararlanan “Barselona” xallarının sayını 48-ə çatdırıb və liderlə xal fərqini 2-yə endirib.
Telegram kanalımız