EN

“Turan Tovuz” AFFA-ya müraciət etdi: Ədalət tələb edir - VİDEO

\"Turan Tovuz\" AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerə müraciət edib.

AZXEBER.COM teleqraf-a istinadən xəbər verir ki, Qərb təmsilçisi Azərbaycan Premyer Liqasının XXII turunun \"Sabah\"a səfərdə 1:2 hesabı ilə məğlub olduqları oyunda hakim qərarlarından narazılıq edib.

Klubun mübahisəli epizodlarla bağlı paylaşımında deyilir: \"Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. Son oyundan olan epizodları sizin ixtiyarınıza buraxırıq. AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin \"Sabah\" - \"Turan Tovuz\" oyununda hakimliklə bağlı fikirlərini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik\"!

Qeyd edək ki, \"Bank Respublika Arena\"da keçirilmiş oyunun baş hakimi İnqilab Məmmədov olub.
Chosen
25
azxeber.com

1Sources