"Düşünürəm ki, Kanadanın 51-ci əyalət olması çox daha yaxşı olardı, çünki biz onlara görə ildə 200 milyard dollar itiririk".
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp Amerika Futbol Liqasının çempionluq oyununda açıqlaması zamanı bildirib.
Tramp qeyd edib ki, o, buna imkan verməyəcək:
"Nə üçün biz Kanadaya ildə 200 milyard dollar subsidiya ödəyirik? Mən bunu dəyişəcəyəm".
Əli Hüseynov