EN

Dünya Bankının Bakıda illik hesabatının təqdimat tədbiri keçirilir

Bakı. Trend:

Dünya Bankının (World Bank) özünün illik qlobal hesabatı olan2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatının" (WorldDevelopment Report - WDR) Bakıda təqdimat tədbiri keçirilir.

Trend xəbərverir ki, builki hesabat "Orta Gəlir Tələsi" adlanır və inkişafetməkdə olan iqtisadiyyatların orta gəlir tələsindən qaçmaq vəyüksək gəlir statusuna çatmaq üçün qarşılaşdıqları çağırışlar vəimkanlar haqqında dərin təhlil təqdim edir.

Tədbirdə Avropa və Mərkəzi Asiya regionuna diqqət yetirməklə"WDR"in əsas mesajları təqdim olunacaq. Azərbaycan yüksək gəlirstatusuna çatmaq istəyən yuxarı orta gəlirli ölkə olduğundan,müzakirənin ölkə üçün xüsusilə əhəmiyyətli olacağı gözlənilir. Bu,siyasətçi və mütəxəssislərə Azərbaycanda iqtisadi inkişaf haqqındayeni ideyaları açıq şəkildə mübadilə etmək və öyrənilmiş dərsləripaylaşmaq, həmçinin "WDR"in tapıntılarını və gələcək siyasətlərinformalaşdırılmasında onun əhəmiyyətini əks etdirmək üçün bir fürsəttəqdim edəcək.

Təqdimat tədbirində yüksək səviyyəli plenar və panelmüzakirələrində Azərbaycan Hökumətinin nümayəndələri və Dünya Bankırəsmiləri iştirak edir. Dünya Bankının yüksək səviyyəliiştirakçıları arasında Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçıcənab Ivailo Izvorski, İqtisadi inkişaf departamentinin regionaldirektoru cənab Asad Alam, Cənubi Qafqaz üzrə regional direktorxanım Rolande Pryce və iqtisadi siyasət departamentinin regionalmeneceri cənab Antonio Nucifora təqdimat tədbirində iştirakedirlər.

Məqalədə:
Chosen
17
2
az.trend.az

3Sources