EN

Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə keçirilən“Qış nağılı” Beynəlxalq Musiqi Festivalı Qəbələ şəhərində uğurladavam edir.

Trend xəbərverir ki, festival çərçivəsində fevralın 9-da Heydər Əliyev KonqresMərkəzində Bakı Kamera Orkestrinin konserti olub.

Bakı Kamera Orkestri 2011-ci ildə Üzeyir Hacıbəyli adına BakıMusiqi Akademiyasının tələbələrinin təşəbbüsü ilə yaradılıb.Orkestrin tərkibinə beynəlxalq müsabiqə laureatları və istedadlıifaçılar daxildir. Orkestr dünyanın bir çox ölkələrində konsertproqramları ilə qastrol səfərlərində olub, Azərbaycanın və dünyanıntanınmış sənətçilərini müşayiət edib.

Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, BakıMusiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli, dirijoruƏməkdar artist Fuad İbrahimov, direktoru Xalq artisti YeganəAxundovadır.

Konsertdə A.Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Qış”,P.İ.Çaykaovskinin Simli alətlər üçün serenadasından “Vals” və“Final”, A.Piatsollanın “Buenos-Ayresdə ilin fəsilləri”silsiləsindən “Yaz”, Niyazinin “Arzu”, S.İbrahimovanın “Piano vəorkestr üçün 4 nömrəli konsert”, N.Kapustinin “Piano və orkestrüçün 2 nömrəli konsert”, F.Əmirovun “Azərbaycan elləri”,F.Bədəlbəylinin “Dəniz” əsərləri səsləndirilib. Solistlər MuradAdıgözəlzadə (piano), Yeganə Axundova (piano), Nəzrin Aslanlı(skripka), Nigar Cəfərovadır (soprano).

Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Chosen
3
6
az.trend.az

8Sources