EN

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

Maliyyə bazarları fevral ayının ikinci həftəsinə dəolduqca gərgin başladı. ABŞ prezidenti Donald Trampın bazar ertəsigünü polad və alüminium idxalına əlavə 25% gömrük rüsumu tətbiqedəcəyi yönündəki açıqlamaları fonunda birjalar bu həftəyə də “gap”ilə başladı. Belə ki, EURUSD, GBPUSD, NZDUSD, AUDUSD və USDCADməzənnələri yeni həftəyə müvafiq olaraq 400 point, 300 point, 600point, 400 point və 650 pointlik sıçraışla başlayıblar. Qızıl ötənhəftə 2886.80$-a kimi yüksələrək tarixi maksimumlarını növbəti dəfəyenilədəkdən sonra, bir qədər gerilədi və həftəlik şamını 2861$həddində tamamladı.

Cari həftə ərzində bazarların gündəmindəki əsasxəbərlər, çərşənbə günü Amerikada dərc olunacaq İstehlak Qiymətləriİndeksi (CPİ) və İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPİ),cümə axşamı günü isə İstehsal Qiymətləri İndeksi (PPİ)göstəriciləri olacaq. İnvestorlar inflyasiya hesabatından sonraçıxış edəcək FED sədri Cerom Pavelin açıqlamalarında tənzimləyiciqurumun monetar siyasətinin gələcəyinə dair ipuclarıaxtaracaqlar.

Bu həftə ərzində, həmçinin, Avrozonada, Almaniyada,İngiltərədə və İsveçrədə ÜDM, CPİ, PPİ hesabatları, eləcə də,Sənaye İstehsalının Həcmi, Pərakəndə Satış Dövriyyəsinin Həcmi vəTicarət Saldosu kimi, önəmli isqtisadi göstəricilər dərcolunacaq.

EUR

Ötən həftəni 1.0330 səviyyəsində başa vuran EURUSDməzənnəsi cari həftəyə 1.0290 səviyyəsində start verdi və hazırda,1.0310 səviyyələrində ticarət olunur.

Cari həftə ərzində Avrozonada açıqlanacaq ÜDMHesabatı, Sənaye İstehsalının Həcmi, eləcə də, Almaniyada dərcolunacaq CPİ göstəriciləri avronun dünya birjalarındakıqiymətlərinə yön verə bilər.

“Ayılar” qiyməti 1.02$ həddinin altına sala və buradaqoruyub saxalaya bilsələr, eniş tendensiyası daha kəskin xarakterala bilər.

GBP

Keçən həftəni 1.24$ həddində tamamlasa da,funt-sterlinq də cari həftəyə 300 pointlik “gap” ilə başladı.

Bu həftə isə İngiltərədə dərc olunacaq ÜDM hesabatı,həmçinin, Sənaye İstehsalının həcmi və Ticarət Saldosu kimiiqtisadi-statistik rəqəmlər funtun dünya birjalarındakıqiymətlərinə ciddi təsir edə bilər.

XAUUSD

Qızıl ötən həftə 2886.80$-a kimi yüksələrək tariximaksimumlarını növbəti dəfə yenilədikdən sonra, 2861$-a kimigeriləyib.

Hazırda, 2776$-dan təklif olunan “sarı metal”,investorların Amerikanın yeni gömrük tariflərinin qlobal iqtisadiriskləri artıra biləcəyinə dair qorxuları fonunda yenidən “güvənliliman” olaraq son sığınacaq ola bilər. Bu isə qızılın kəskinbahalaşmasına dəstək ola bilər.

OİL

Birjalar ABŞ Prezidenti Donald Trampın polad vəalüminium idxalına əlavə 25% gömrük rüsumunun tətbiq ediləcəyinədair açıqlamalarının nəticələrini qiymətləndirərkən, neft 3həftəlik eniş tendensiyasını üfüqi dalğalanma ilə əvəzləyib.

Brent neftinin qiyməti üç həftəlik enişdən sonra, birbarel üçün 75$-dan aşağı düşdü ki, bu da, sentyabrdan bəri ən uzunitki seriyasıdır. ABŞ xam nefti 71$-a yaxınlaşır. Çinin ABŞmallarına tətbiq etdiyi tariflərin bazar ertəsi tətbiq edilməsiplanlaşdırılır. Bu tariflər Trampın keçən həftə qüvvəyə minmiştariflərinə qarşı cavab tədbiri idi.

ABŞ prezidentinin polad və alüminiuma tətbiq etməyəhazırlaşdığı tariflər bütün ölkələrə şamil olunacaq. Yeni tariflərAmerikada istehsal olunmayan xüsusi poladdan asılı olan neft qazmamaşınları da daxil olmaqla, ABŞ-ın enerji sektorunu vura bilər.

Tələb proqnozunun zəif olması və Trampın tariflərininRusiya və İran neftinə tətbiq etdiyi sanksiyaları üstələməsisəbəbindən neft yanvarın ortalarından etibarən eniştrendindədir.

Chosen
32
8
az.trend.az

9Sources