EN

Məşhur iş adamının ölüm xəbəri yayıldı - FOTO

Tanınmış iş adamı Asil Nadir vəfat edib.

Yenisabah.az xəbər verir ki, kiprli türk iş adamı Asil Nadir müalicə aldığı Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşadakı xəstəxanada dünyasını dəyişib.

83 yaşlı Asil Nadirin ölüm xəbərini onun həyat yoldaşı Nur Nadir sosial media hesabından açıqlayıb.

Öz sərhədlərini aşaraq dünya miqyasında uğur qazanan, iqtisadiyyat, mətbuat, media, təhsil kimi bir çox sahəyə töhfələr verən Asil Nadir istehsala, məşğulluğa və sosial inkişafa verdiyi dəstəyi ilə yadda qalıb.

Aytac Şahin


Telegram kanalımız
Chosen
8
yenisabah.az

1Sources