ABŞ prezidenti Donald Tramp ABŞ-ın maliyyə naziri Skot Bessentə ölkədə yeni 1 sentlik sikkələrin buraxılmasını dayandırmağı tapşırıb...
Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.
Prezident bildirib ki, belə sikkələrin istehsalı ABŞ-a nominal dəyərindən iki dəfə baha başa gəlir. CNN qeyd edib ki, sikkə istehsalının bahalaşmasının səbəblərindən biri metalların bahalaşmasıdır.
Kanalın müsahibə verdiyi ekspertlərin fikrincə, qəpik-quruşların ləğvi satıcıların və kassirlərin vaxtına qənaət etdiyi üçün sahibkarların xeyrinə ola bilər.
Poliqon.info