EN

Yeni Zelandiya Sakit okeanda Çinin artan təsirindən narahatdır

Yeni Zelandiya hakimiyyəti Sakit okean regionunda Çinin təsirinin artmasından narahatdır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson bildirib.

Agentliyin məlumatına görə, Vellinqtonda narahatlıq artır, çünki Kuk Adalarının baş naziri Mark Braun Yeni Zelandiya ilə məsləhətləşmədən bu həftə Çinə səfər edərək sazişlər imzalamağı planlaşdırır.

"Konstitusiya müddəalarımıza uyğun olaraq, müdafiə və təhlükəsizlik məsələlərinin tərəfdaşlar arasında açıq şəkildə müzakirə olunacağını gözləyirik", - K.Lakson bildirib.

Qeyd edək ki, M.Braun milli inkişaf, infrastruktur, ticarət və iqtisadiyyat sahəsində tərəfdaşlıq əlaqələrinin qurulması məqsədilə Çinə səfər etmək niyyətində olduğunu bildirib.

Kuk Adaları Yeni Zelandiya ilə müstəqil assosiasiyada olan özünüidarəetmə üsuluna malik dövlətdir. Vellinqton adalara büdcədən dəstək göstərir və dövləti qorumağı öhdəsinə götürür. Kuk Adalarının əhalisi eyni zamanda Yeni Zelandiya vətəndaşıdır.

Chosen
16
1
report.az

2Sources