I Liqada yarışan «Difai»də baş məşqçi ayrılığı gerçəkləşib. Çempionatın son turunda «Qəbələ»yə 0:1 hesabıyla uduzan «fədailər»in Xaqani Məmmədovla işbirliyi axıra çatıb. Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.
X.Məmmədov ötən ilin noyabr ayının əvvəlində komandanın sükanı arxasına keçmişdi. Qarabağ qazilərinin təmsilçisi ötən 3 ay ərzində onun rəhbərliyi ilə 5 xal toplayb. «Difai» bu müddət ərzində «Baku Sportinq»i 2:0 hesabıyla üstələyib, «Mingəçevir» və «Karvan»la heç-heçə edib. 14 tura 9 xal toplayan kollektiv hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ