EN

Klubların dünya reytinqi açıqlanıb - Azərbaycanın dörd təmsilçisi siyahıda

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 499 klubun yer aldığı yeni dünya reytinqini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, siyahıda Azərbaycanın dörd klubu da yer alıb.

"Qarabağ" 166,25 xalla 87-ci pillədə qərarlaşıb və əvvəlki reytinqlə müqayisədə 6 pillə geriləyib.

"Zirə" 103,25 xalla 208-ci sırada qalıb və mövqeyini dəyişməyib.

"Sabah" 61 xalla 414-cü yerə düşüb, bu da komandanın əvvəlki reytinqə nisbətən 14 pillə geriləməsi deməkdir.

"Turan Tovuz" isə 53,75 xalla siyahının sonuncu – 499-cu pilləsində qərarlaşıb və əvvəlki reytinqlə müqayisədə 5 pillə geriləyib.

Chosen
8
ucnoqta.az

1Sources