1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qızıl Aypara Cəmiyyəti Qəzza zolağında ilk səhra hospitalı qurub.
Oxu.Az xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin (PRCS) "X" hesabında məlumat verilib.
"Bu, Qəzza şəhərində cərrahiyyə, neonatologiya, reanimasiya, radiologiya, təcili yardım otağı və təcili xidmətlər daxil olmaqla bir neçə tibb şöbəsini əhatə edən ilk səhra hospitalıdır", - deyə məlumatda qeyd olunub.