EN

"Qalatasaray" - "Adana Demirspor" matçını idarə edən baş hakimin karyerası bitdi?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakim Komitəsi "Qalatasaray" - "Adana Demirspor" görüşünün baş hakimi Oğuzhan Çakırın uzun müddət oyunlara təyinat almayacağını bildirib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, 27 yaşlı hakimin karyerasını bitirməsi ilə bağlı da bəzi iddialar var.
Türkiyə Futbol Federasiyası yaxın günlərdə baş verən hadisə ilə bağlı daha ətraflı bəyanat yayacağını, yekun qərarın qəbul ediləcəyini və açıqlanacağını bildirib.
Qeyd edək ki, "Qalatasaray" - "Adana Demirspor" matçı 30-cu dəqiqədə qonaq komandanın meydanı tərk etməsi səbəbindən dayandırılıb.
Chosen
12
oxu.az

1Sources