Azərbaycanda 2023-cü illə müqayisədə əmək qabiliyyətinin könüllü sığortası üzrə yığımlar kəskin artıb.
Fins.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən il bu sığorta növü üzrə 3 milyon 609 min manat sığorta haqqı toplanıb. Bu, 2023-cü illə müqayisədə 1 milyon 929 min manat və ya 87% çoxdur.
Qeyd edək ki, 2023-cü ildə bu göstərici cəmi 1 milyon 929 min manat təşkil edib.
Fuad Mədətov
Fins.az