Çin sədri Si Cinpin Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş bayram tədbirində iştirak edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri İqor Morqulov məlumat verib.
Çin rəsmiləri hələ ki, məlumatı şərh etməyiblər.
“Çin Xalq Respublikasının sədri Si Cinpin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək dəvətini qəbul edib və öz növbəsində Vladimir Putini sentyabrın əvvəlində planlaşdırılan bayram tədbirləri üçün Çinə dəvət edib”, – diplomat “Rossiya 24” telekanalının efirində bildirib.