EN

İbrahim Tatlıses Nisə Qasımova ilə evlənmək istəyibmiş

“Sovetlər zamanında Nisə bacım Türkiyəyə getmişdi. İbrahim Tatlısəslə görüşmüşdürlər. Nisə bacımı da dəvət etmişdirlər onunla bir səhnəni bölüşməyə. İbrahim Nisə bacımın ayaqlarının altında oturub ona təriflər söylədi. Ona Türkiyədə qalmağı məsləhət gördü. Amma Nisə bacım ona “baxarıq…” cavabını verdi”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Nisə Qasımovanın bacısı Kövsər xanım “Afaqla 10lar” verilişinə müsahibəsində deyib.

Sənətkarın bacısı bildirib ki, N.Qasımova Türkiyədə olan zamanı türk sənət musiqisinin “imperator”u İbrahim Tatlısəs ona evlilik təklifi edib:

“Bacım Nisə sonra mənə və anamıza gəlib dedi ki, İbrahim söyləyib ki, səni alıram, gəl biz evlənək və sən Türkiyədə qal. Bacım isə cavabında ona demişdir ki, mən nə Türkiyədə qalanam nə də ki sənə ərə gedən. Mən Nisə Qasımova heç zaman Vətənimi satmaram. Mən azərbaycan qızıyam. Heç zaman bunu edə bilmərəm”.

Chosen
37
20
olay.az

10Sources