EN

Ötən il Ədliyyə Nazirliyinin təklif verdiyi bələdiyyə aktlarının 53,1 faizi ləğv edilib

Bakı. Trend:

2024-cü il ərzində inzibati nəzarət qaydasında baxılması üçündaxil olan 102 831 (o cümlədən Naxçıvan Muxtar RespublikasınınƏdliyyə Nazirliyində 2 557) bələdiyyə aktı hüquqi ekspertizadankeçirilib, nəticədə 99 838 (97%) aktın qanunvericiliyə uyğun olduğumüəyyən edilib.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsininbu gün keçirilən iclasında müzakirə edilən bələdiyyələrinfəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illikməruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.

Məruzəyə əsasən, normativ hüquqi aktların tələblərinə zidd olan2 594 (2,5%) aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunaəsasən, aidiyyəti bələdiyyələrə təkliflər verilib, 399 (0,5%) aktisə baxılmaqdadır. Verilmiş təkliflər əsasında bələdiyyələrtərəfindən 1 342 (51,7%) akt ləğv edilib, 1 133 (43,7%) aktdəyişdirilib, 110 (4,2%) təklif isə baxılmaqdadır. Bələdiyyələrtərəfindən təmin olunmayan 9 (0,4%) təklif üzrə aidiyyətiməhkəmələrdə iddia qaldırılıb.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan 4 337 müraciətdən3 963-nə (91,4%) baxılıb, 129-u (3%) aidiyyəti üzrə göndərilib, 245(5,6%) müraciət isə baxılmaqdadır. Müraciətlər üzrə inzibatinəzarət icraatı nəticəsində aşkar edilən dəyişdirilməsi və ləğvedilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə verilən təkliflərəsasında qanunvericiliyin tələblərinə zidd 74 bələdiyyə aktınınhamısı ləğv edilib.

Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarəticraatı zamanı təklif verilən 2 668 aktdan 1 416-sı (53,1%) ləğvedilib, 1 133-ü (42,5%) dəyişdirilib, 9 (0,3%) təklif üzrəməhkəmələrdə iddia qaldırılıb, 110 (4,1%) təklif isəbaxılmaqdadır.

İl ərzində bələdiyyə fəaliyyəti ilə bağlı baxılan müraciətlərin463-ü təmin edilib, şəhid ailə üzvlərinin, müharibə əlili vəiştirakçılarının müraciətləri xüsusilə nəzarətdə saxlanılıb və beləmüraciətlərdən 108-i təmin olunub. Müraciətlərin həlliistiqamətində göstərilən diqqətə və qayğıya görə 20 vətəndaşın (ocümlədən 9 şəhid ailə üzvü, müharibə əlili və iştirakçısı) təşəkkürifadə edən məktubları daxil olub.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəthaqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibatinəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AzərbaycanRespublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-cimaddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanınınsəlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.

Chosen
17
az.trend.az

1Sources