EN

Əsas hədəf daxili və xarici investisiyaları innovasiyalara yönləndirmək və bu sahəyə maliyyə dəstəyi verməkdir - Taleh Kazımov

Maliyyə sektoru iqtisadi artımın maliyyələşdirilməsində mühüm rol oynayır. Əsas məqsəd daxili və xarici investisiyaları, xüsusilə innovasiyalara yönləndirmək və bu sahəyə maliyyə dəstəyi verməkdir.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Dünya Bankının (World Bank) 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatının" (World Development Report - WDR) Bakıda keçirilən təqdimat tədbirində deyib.

O hesab edir ki, güclü və sabit maliyyə sektorumuzdan səmərəli istifadə etməklə orta gəlir tələsindən yayınmaq mümkündür:

"Mərkəzi Bank hökumət, Dünya Bankı və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etməyə davam edəcək ki, siyasətimiz 2025-2029-cu illəri əhatə edən yenilənmiş Dünya Bankının Ölkə Tərəfdaşlıq Çərçivəsinin strateji prioritetlərinə uyğun olsun".

"Bu il Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə alətlərinin şaxələndirilməsi istiqamətində tədbirlər görəcək. İl ərzində dayanıqlı maliyyə alətlərinin sayının artırılması, pul siyasəti mexanizminin möhkəmləndirilməsi istiqamətində işlər həyata keçiriləcək", - dəyə T. Kazımov əlavə edib.

Chosen
13
5
day.az

6Sources