EN

Saxta sənədlə torpaq satmaq, əmlakı mənimsəmək– Bələdiyyələrin fəaliyyətindəki nöqsanlar AÇIQLANIB

Bakı. Trend:

2024-cü il ərzində yerli özünüidarəetmə fəaliyyətində yolverilən səciyyəvi nöqsanlar açıqlanıb.

Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin Regional məsələlərkomitəsinin bu gün keçirilən iclasında müzakirə edilənbələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirənorqanın illik məruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.

Məruzəyə əsasən, sözügedən nöqsanlar aşağıdakılardır:

  • Bələdiyyənin adından başqalarına hüquq verən saxta sənədlərinhazırlanması;
  • Bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlərəsasında satılması;
  • Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakıbarəsində təkbaşına qərar verilməsi;
  • Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyətorpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilikdənəzərdə tutulan tədbirlərin həyata keçirilməməsi;
  • Bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi;
  • Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayışevinin tikintisi üçün bilavasitə satıldıqda qiymətinin, habeləhərraca və ya müsabiqəyə çıxarılan tor- paqların ilkin qiymətininbazar qiyməti nəzərə alınmadan real dəyərindən daha aşağı müəyyənedilməsi;
  • Bələdiyyənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsindəyerli vergi və ödənişlərin, o cümlədən icarə haqlarının toplanmasıişi aşağı səviyyədə təşkil edilməklə bələdiyyənin maliyyəvəziyyətinin əsaslı şəkildə pisləşməsi.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəthaqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibatinəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AzərbaycanRespublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-cimaddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanınınsəlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.

Chosen
37
4
az.trend.az

10Sources