EN

Şahmar Mövsümov: "Cəmi 30 ildə Azərbaycanda 0-dan ölkə qurulub"

Cəmi 30 il ərzində Azərbaycan sıfırdan çox müasir, inkişaf etməkdə olan ölkə qurulub.

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatı"nın (World Development Report - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.

"İqtisadi çətinliklərin öhdəsindən gələrək, dayanıqlı artım üçün əsaslar - bünövrə qurmuşuq. Azərbaycan indi 54 orta gəlir təbəqəli ölkələr sırasındadır. Bu, qısa müddət ərzində çox ciddi nailiyyətdir. Həyata keçirilən siyasət nəticəsində Azərbaycanın regionda həm siyasi, həm də iqtisadi baxımdan mövqeyi güclənib. Eyni zamanda bu qüvvə bizə ərazi bütövlüyümüzü və suverənliyimizi bərpa etməyə imkan verib. Dövlətimizin inkişafı bir məqamı önə çəkir ki, güclü liderlik çox vacibdir. Heydər Əliyevin liderliyi altında Azərbaycan yoxsulluqdan dayanıqlılıq və qüvvətə çatıb", - deyə o qeyd edib.

Chosen
19
3
report.az

4Sources