Azərbaycanda bələdiyyələrin gəlirləri artıb.
Modern.az-ın məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb.
Bildirilib ki, Dövlət Statistika Komitəsinin 9 aylıq məlumatına əsasən, əvvəlki illə müqayisədə 2024-cü ildə yerli büdcə gəlirləri 7,1 milyon manat (18,6%), o cümlədən yerli vergilərdən daxil olmalar 3,4 milyon manat (21,2%) artıb.