EN

Azərbaycanda meyvə-tərəvəz idxalı 22,6% artıb

2024-cü il ərzində Azərbaycandan 707,8 milyon ABŞ dolları dəyərində 686,2 min ton meyvə və tərəvəz ixrac olunub.

Fins.az Dövlət Gömrük Komitısinə istinadən xəbər verir ki, hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı 2,67 faiz, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21,09 faizə bərabər olub.

Eyni zamanda, ötən il Azərbaycana ümumi dəyəri 281,8 milyon ABŞ dolları olan 375 min ton meyvə və tərəvəz idxal edilib. Bu növ məhsulların idxalının dəyəri əvvəlki ilə nisbətən 51,9 milyon ABŞ dolları (22,6 faiz), həcmi isə 22,2 min ton (6,3 faiz) artıb. Hesabat dövründə meyvə və tərəvəzin ümumi idxaldakı payı 1,34 faiz təşkil edib.

Fuad Mədətov
Fins.az

Chosen
32
3
fins.az

10Sources