"Necə yaşayırsan? Bizə danış!"ın budəfəki qəhrəmanı "JEK" işçisi Zərnigar Zahidovadır. O deyir ki, 14 yaşlı bir oğlu var onun atası 12 ildir ki, vəfat edib.
"Oğlüm üçün 120 manat pensiya alıram. Onun pensiyası qaldırılsaydı, yaxşı olardı. Elə onun bir gödəkçəsinin, bir ayaqqabısının pulu 120 manat edir. Özünüz də bilirsiniz ki, indi hər şey bahadır. Ancaq edirəm onu - ona, bunu-buna çatdırıram. Allaha min şükür. Allah Prezidentimizin canına dəyməsin", - Zərnigar Zahidova deyir.
O, öz işindən məmnun olduğunu bildirir.
"Allaha şükür ayaqüstə durmağı bacarıram. Maaşım qaneə edir, min şükür. Yəni, kasıbıq, kasıbıq, hamı kimi orta təbəqə. Səhərlər işə getməyə alışmışam. Elə vaxt olur ki, lap tez gedirəm. Bu iş mənim işimdir, mənim ərazimdir. Hərənin öz ərazisi var. Hərə öz ərazisinə baxır. Təmizləyirik, gül kimi edirik. Naharın nahar vaxtı var. Nahardan sonra işə qayıdırıq", -deyə o bildirir.
Videoya YouTube kanalımızda baxın.