EN

Gürcüstanın “3+3” formatında görüşlərdə iştirakı müxtəlif səviyyələrdə təşviq edilir

Gürcüstanın “3+3” formatında görüşlərdə iştirakı müxtəlif səviyyələrdə təşviq edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

XİN sözçüsü bu formatda növbəti görüşün harada və nə vaxt keçiriləcəyinin hələlik məlum olmadığını vurğulayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və region dövlətləri (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, İran, Rusiya) arasında əlaqələri sıxlaşdırmağı nəzərdə tutan “3+3” formatında görüş son olaraq 2024-cü il oktyabrın 18-də keçirilib.

Gürcüstan tərəfi Rusiya ilə münasibətlər kontekstində, torpaqların işğalına son qoyulmaya qədər 3+3 formatda iştirak etməyəcəni bəyan edib.

Chosen
15
3
bakivaxti.az

4Sources