EN

Ərdoğan Malayziyaya səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyaya səfər edib.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, Türkiyə liderini paytaxt Kuala Lumpur Beynəlxalq Hava Limanında Malayziyanın Baş naziri Ənvər İbrahim, Türkiyənin Kuala Lumpurdakı səfiri Əmir Səlim Yüksel və Malayziyanın müdafiə naziri Mohamed Khaled Nordin qarşılayıb.

Bildirilib ki, səfər zamanı Ərdoğanı xanımı Əminə Ərdoğan, Xarici İşlər Naziri Hakan Fidan, Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Milli Müdafiə Naziri Yaşar Gülər, Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kaçır, Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı, Ticarət Naziri Ömər Bolat, Türkİş Dövlətlər Şurasının sədri Xarici Siyasət və Təhlükəsizlik Başçısı Akif Çağatay Kılıç müşayiət edib.

Məlumata görə, Ərdoğan “Yeni əsrdə Türkiyə-Malayziya Strateji Əməkdaşlıq” toplantısı çərçivəsində dövlət məmurları və universitet tələbələri qarşısında çıxış edəcək.

Daşqın HəsənovMissiya.Az

Chosen
6
missiya.az

1Sources